banner
banner

Hərbİ

Zakir Həsənov Moskvada iki ölkə ilə hərbi əməkdaşlıq sənədi imzaladı

Zakir Həsənov Moskvada iki ölkə ilə hərbi əməkdaşlıq sənədi imzaladı

Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkov və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.

Cia.az Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, hər iki görüşdə ölkələrimiz arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planları imzalanıb.

*   *   *11:11

MDB Müdafiə Nazirləri Şurası növbəti 69-cu iclasında 2016-cı il üçün birgə fəaliyyət planını müəyyən edəcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB İcraiyyə Komitəsinin və MDB Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndələri iştirak edəcəklər. “MDB-yə üzv ölkələrin Hərbi Əməkdaşlıq Konsepsiyasının 2015-ci ilədək reallaşdırılmasının nəticələrini müzakirə edilməsi və 2016-cı il üçün birgə fəaliyyət planını müəyyən edilməsi nəzərdə tutulub. İclasın yekunlarına dair birləşdirilmiş havadan müdafiə sisteminin inkişaf etdirilməsi, rabitə sistemi, minalardan təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi, hərbi kadrların tədrisi, əməliyyat və döyüş hazırlığı üzrə və hərbi-idman sahəsində birgə tədbirlərin keçirilməsinə dair məsələlər üzrə qərarlar qəbul ediləcək”, - deyə məlumatda bildirilir.

İclas zamanı müdafiə nazirliklərinin əməkdaşlığının müxtəlif istiqamətləri üzrə 20-dən çox məsələ nəzərdən keçiriləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün dekabrın 22-dən Moskvadadır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.