banner
banner

Hərbİ

Zakir Həsənovla Sergey Şoyqu arasında qapalı görüş

Zakir Həsənovla Sergey Şoyqu arasında qapalı görüş

Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında təkbətək görüş keçirilib.

APA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.

Qeyd edək ki, görüş MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu MDB-yə daxil olan bütün ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirib. Azərbaycanın müdafiə naziri Zakir Həsənovla keçirilən görüşün yalnız protokol hissəsi mətbuata açıq olub. Görüş daha sonra bağlı qapılar arxasında davam etdirilib.

Saytın əldə etdiyi məlumata görə, Sergey Şoyqunun Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşündə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi texniki yardım məsələsi müzakirə olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.