banner
banner

Dünya

“Ərdoğan Putindən üzr istəməlidir”

“Ərdoğan Putindən üzr istəməlidir”

“Türkiyənin Suriyada Su-24 təyyarəsini vurmaq qərarı səhv idi, Ankara üzr istəməlidir”.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Qırğızıstan prezidenti Almazbek Atambaev çıxış edib:

“Biz dərhal bildirmişdik ki, Türkiyə belə bir radikal addıma qaçmamalı idi. Bu faciəvi səhv idi və bu həm rus, həm də türk xalqı üçün bəla oldu

Biz bu mövzunu Vladimir Putin, eyni zamanda prezident Ərdoğanla görüşümdə də danışdıq. Vurmaq qərarı tamamilə yanlış idi. Bizdə elə hal olmuşdu ki, saniyələrlə deyil, saatlarla ərazimizə qonşu ölkənin uçan aparatları daxil olmuşdu, lakin biz onları vurmadıq. Bizim üçün sülh önəmlidir. Ümid edirəm ki, Türkiyənin də Rusiyanın da bu situasiyanı həll etməyə müdrikliyi çatacaq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.