Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axşam.az-a verilən məlumata görə, dekabr ayının 24-dən etibarən asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektində (Hökumət evinin qarşısı) yolun 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.
Qeyd olunan təmir işlərinin 28 dekabr, bazar ertəsi, yekunlaşacağı gözlənilir.
Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində Puşkin küçəsinin Nizami küçəsi ilə kəsişməsindən Neftçilər prospektinə qədər olan hissəsində təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bununla əlaqədar, Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən işıqforun iş rejimi sarı döyünən işıqdan işlək vəziyyətə qaytarılıb.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.