Aktyor Cem Yılmaz Tvitter hesabındakı bütün mesajları və fotoları silib.
Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sosial mediadan ən aktiv istifadə edən məşhurlardan olan Cem ilin son günlərində dəyişiklik edib. 10 milyondan çox izləyicisi olan komediya ustası paylaşımdan bir qədər sonra yazdıqlarını hər zaman silirdi. Buna görə təqibçilərinin etirazına səbəb olan aktyor yenə də hər şeyi silib. Onun bu hərəkəti "özünə yeni səhifə açır" dedi-qodusunun yayılmasına səbəb olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.