banner
banner

Dünya

Almaniyada İŞİD əməliyyatı

Almaniyada İŞİD əməliyyatı

Almaniyada İŞİD terrorçu qruplaşması ilə yaxınlığı güman edilən məscidə basqın olub.

ANS PRESS-in məlumatına görə, Almaniyanın Bremen şəhərində islam dini ilə bağlı fəaliyyətləri ilə tanınan dərnəklərdən birinə məxsus məscidə polis tərəfindən əməliyyat həyata keçirilib.

Cümə namazından sonra yüzlərlə polis məscidə daxil olub. Məsciddəkiləri bayıra çıxaran alman polisi daha sonra həmin yerin bağlanılması barədə əllərində qərar olduğunu diqqətə çatdırıb.

Məsciddə İŞİD təbliğatının edilməsi, moizələrdə imamların camaatı cihada çağırması, eləcə də içərilərindən kimlərisə seçib terror qruplaşmasına üzv olmağa göndərdikləri iddia edilir. Bunu Bremen daxili işlər senatoru Ulrix Maurer söyləyib.

Qeyd edək ki, dərnək üzvləri arasından bu günə qədər Suriya və İraqda İŞİD-ə qoşulmaq üçün 8 kişi, 7 qadın və 11 uşağın getdiyi müəyyən edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.