Rusiya prezidenti Vladimir Putin bu gün Federal Kosmik Agentliyin ləğv edilməsi haqda fərman imzalayıb.
Virtualaz.org saytı Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Federal Kosmik Agentliyin ləğv edilməsi “Roskosmos” dövlət korporasiyasının yaradılması ilə bağlıdır.
Xatırladaq ki, kosmik sahədə fəaliyyətə nəzarət edəcək “Roskosmos”un yaradılması barədə federal qanun bu il iyulun 13-də qəbul edilmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.