banner
banner

Sosİal

Ermənilərin evini yandırdığı ailə icra başçısından kömək istədi

Ermənilərin evini yandırdığı ailə icra başçısından kömək istədi
2015-ci ilin fevralında Tovuzun Əlibəyli kəndində ermənilərin intensiv atəşi nəticəsində evi yanan İsmayıl Nəbiyevin ailəsi dövlət qurumlarından kömək istəyir. Redaksiyamıza gələn İ.Nəbiyevin qardaşı Eldar Nəbiyev deyir ki, mənfur ermənilərin yandırdığı ev bu gün də boş qalıb: “Qardaşımın evi 200 kvadrat metrdir. Bu il fevralın 5-də ermənilərin atdığı mərmi evə düşüb, ev tamamilə yanıb. 5 otaqlı evdə olan bütün əmlaklar - geyim, ev əşyaları, avadanlıqlar, cehizlik qızıl, 600 manat pul hamısı yanıb külə dönüb. 6 nəfər ailə üzvünün yeməyə çörəyi, geyinməyə paltarı yoxdur. Qohum-qonşuların köməyi ilə birtəhər günü-günə calayırlar. Qardaşım evdən heç nə çıxara bilmədi”. 

E.Nəbiyevin sözlərinə görə, ev söndürüləndən sonra onun bərpa olunması üçün dövlət qurumları hərəkətə keçib. Lakin... 
 
“Evi Fövqəladə Hallar Nazirliyi (FHN) Bərpa İdarəsi tikib qardaşıma verib. Amma müharibə iştirakçısı olan qardaşım orada yaşaya bilmir. O, 6 min manata yaxın borca girərək evin təmirinin başa çatırılmasını tezləşdirməyə çalışıb. Buna baxmayaraq, evdə bu gün də yaşayış üçün minimal şərait yoxdur. Qardaşım İsmayıl Nəbiyev 1992-ci ildə kəndini, elini-obasını qorumaq üçün orduya yazılıb. 
 
Rabitə komandiri kimi 3 il xidmət edəndən sonra tərxis olunub, müharibə iştirakçısıdır. Yaşamaq üçün heç bir şəraiti, ev əşyaları, avadanlıqları olmayan bu evdə körpə nəvələrlə yaşamaq mümkün deyil. Ümidimiz Tovuz Rayon İcra Hakimiyyətinədi. Qardaşım 6 nəfər ailə üzvü ilə 27 il erməni güllələrinə sinə gərib, mərdliklə dözürlər. Mənim xahişim, 6 nəfər ailə üzvünün minimal yaşamaq hüququnu təmin etmək arzusundan qaynaqlanır. Bu soyuq qış aylarında qardaşımın ailəsinin öz evinə köçməsinə kömək edilməsini istəyirəm. Ümid edirik ki, Tovuzun icra hakimiyyətinin başçısı hörmətli Tofiq Zeynalov bizim səsimizə səs verəcək və bu ailənin normal həyata dönməsinə yardım edəcək”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.