Türkiyəli tanınmış siyasətçi, Vətən Partiyasının sədri Doğu Perinçek Türkiyə kürdlərinin muxtariyyət qərarı qəbul etmələri ilə bağlı bəyanatlarına sərt reaksiya verib.
Partiya binasında mətbuat konfransı keçirən D.Perinçek kürdlərin bir neçə gün əvvəl Demokratik Toplum Konqresi təşkilatının adı altında keçirdiyi qurultayın Türkiyə üçün böyük təhdid olduğunu deyib.
Kürdlərin formalaşdırdığı Xalqların Demokratiyası Partiyasının (HDP) Türkiyə parlamentində təmsil olunmasını böyük təhlükə kimi dəyərləndirən sədr tələb edib ki, HDP ən qısa müddətdə bağlansın: “HDP həm də terror təşkilatıdır və parlamentdə olmamalıdır. Millətimiz meydanlarda “Məclisdə PKK-nı görmək istəmirik!” deyə hayqırır. Bu, millətin tələbidir. Dünyanın heç bir yerində terror təşkilatı parlamentdə oturmur”.
HDP-nin bağlanması üçün məhkəmənin prokurorluq qarşısında məsuliyyət daşıdığını və bu addımı atmalı olduğunu deyən D.Perinçek Türkiyənin bütövlüyü, millətin birliyi və cumhuriyyətin gələcəyinə real təhlükənin yetişdiyini bəyan edib. O əlavə edib ki, kürd məsələsi daim xarici qüvvələrin əlində Türkiyəyə qarşı kart olub və bu məsələ artıq “canlı bomba” həddinə çatıb, partlamaq ərəfəsindədir.
Qeyd edək ki, D.Perinçek "Ərgənəkon" əməliyyatları zamanı həbs edilmiş siyasətçilərdəndir və 4 ildən çox məhbəs həyatı yaşayıb. O, həm də Avropada qondarma erməni soyqırımını inkar etdiyinə görə gündəmə gəlmişdi və Avropa Məhkəməsi siyasətçinin özünü ifadə etmək azadlığını tanıyaraq onu haqlı çıxarmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.