banner
banner

Dünya

Putinə xəbərdarlıq

Putinə xəbərdarlıq

Polisi zəif salmaq və ya gözdən salmaq dövlət üçün ölümcül aqibətə yol aça bilər.

Bu gün ağzı isti yerdə olanlar, şadlıqlarına şitlik edənlər və hətta qudurub-qudurub çiyinlərini, daha doğrusu polisin çiyinlərini, paqonlarını gəmirənlər, yəni anlamır ki, Azərbaycanın sabitliyi göydən düşməyib. Ən güclü dövlətlər, qanunu ən sərt şəkildə qoruyan ölkələr belə qəfil "bandit pristup"larından sığrtalanmayıb. Qroznıda baş verənlər, bir anın içərisində paytaxtın dinc atmosferini dəyişən gecə həmlələri göstərdi ki, marıqda olanlar heç vaxt yatmır. Belələrindən həmişə kimlərsə hansı məqsədlər üçünsə istifadə edir.

Və bu baxımdan təsadüfi deyildi ki, Qroznıda baş qaldıran qəfil qiyam məhz Rusiya Prezidentinin ənənəvi müraciət ərəfəsinə təsadüf edirdi. Buna görə də mən Qroznıda açılan atəşləri həm də Putinə xəbərdarlıq atəşi adlandırıram. Hamıya aydındır ki, Rusiya lideri indi çətin bir dövr yaşayır. Krımı ilhaq edəndən və Ukraynada gedən proseslərə ya altdan, ya üstdən qatılandan sonra Qərb dövlətlərinin sıxma-boğmasına məruz qalan Putin bütün istiqamətlərdə problemlər yaşayır. Çeçenistanın yenidən qarışdırıla biləcəyi də daha bir sarı işıq idi. Putinin əlində olan silahlar indi kara gəlmir. Nə nüvə, nə güvə. Güvəndiyi yalnız enerji silahıdır.//Anspress



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.