banner
banner

Sosİal

2016-ci ilin Günəş və Ay tutulmaları...

2016-ci ilin Günəş və Ay tutulmaları...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Cebhe.info-ya bildirib ki, ilk Günəş tutulması hadisəsi 2016-cı ilin martın 9-da baş verəcək: “Bakı vaxtilə tutulma 03:20 başlayaraq, maksimum 05:57-də bitəcək. Bu tutulma Azərbaycanda müşahidə olunmasa da, tam tutulma olacaq. Əsasən cənub-şərqi Asiyada, Avstraliyanın şimal-şərq hissələrində görünəcək. Bu tutulmanı ən yaxşı Malaziya və İndoneziyada müşahidə etmək mümkün olacaq. İkinci Günəş tutulması həmin ilin 1 sentyabrında baş verəcək. Bu Günəş tutulması həlqəvari tutulma kimi qiymətləndirilir. Yəni ay günəşin səthini tam bağlamayacaq. Bunun başlanğıcı Bakı vaxtilə 11:33-də, 17:00-da isə bu tutulma sona çatacaq. Əsasən Afrikanın böyük bir hissəsində və Madaqaskarda müşahidə olunacaq”.  

Xıdır Mikayılov qeyd edib ki, 2016-cı il üçün ilk Ay tutulması martın 23-də baş verəcək: “Yəni bu Ay tutulması birinci Günəş tutulmasından 14 gün sonra baş verəcək. Novruz bayramının üçüncü günü bu tutulma olacaq. Başlanğıçı 13:42, maksimumu 15:48, 17:54-də isə sona yetəcək. Bu tutulmanın adı ümumikölgəvari sayılır. Bunu gözdən müşahidə etmək mümkün deyil. Sadəcə diqqətlə baxsaq, ayın az miqdarda rəngi dəyişəcək. Amma bütövlükdə Ay görünəcək. Bu tutulma əsasən Sakit Okeanda, Asiyada, Avstraliyada, Meksikada , Cənubi Amerika və Anrtaktidada müşahidə olunacaq. İkinci ay tutulması isə sentyabrın 16-dan 17-nə keçən gecə, başlanğıcı 21:57-də, 01:54-də isə sona çatacaq. Bu da yarım kölgəvari ay tutulmasıdır. Rusiya, Avropa, Asiya və Şərqi Afrikada bu tutulma müşahidə olunacaq. Demək olar ki, bu tutulmanı biz də müşahidə edəcəyik. O tam tutulma olmadığına görə, onu adi gözlə müşahidə etmək çox çətin olacaq. Çox diqqətlə baxsaq zəif bir kölgə Günəşin qarşısına keçəcək. Bu xüsusi cihazlar vasitəsilə daha yaxşı görünəcək”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.