banner
banner

Sosİal

Bayram süfrəsində zəhərləndilər

Bayram süfrəsində zəhərləndilər

Bayram günü Tovuzda 5 nəfər qidadan zəhərlənib.

Cia.az report-a istinadən xəbər verir ki, iki ailədə Hunanlar kənd sakini 35 yaşlı Nabat Məmmədova və 6 yaşlı övladı Hüseyn Məmmədov zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərərçəkənlər ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Bayram süfrəsi arxasına əyləşən Köhnə Qala kənd sakinləri 53 yaşlı İxtiyar Quliyev, 50 yaşlı həyat yoldaşı Roza və 20 yaşlı qızı Səmra Quliyeva isə kustar üsulla hazırlanan turşudan zəhərlənərək xəstəxanaya çatdırılıblar. Dərhal həkimlər tərəfindən yardım göstərilən ailə üzvlərindən atanın vəziyyəti normalaşsa da, ana və qızının səhhəti kafi olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.