banner
banner

İdman

PFL-dən 9 kluba transfer qadağası!

PFL-dən 9 kluba transfer qadağası!

Peşəkar Futbol Liqası (PFL) 9 klubun yeni futbolçu transfer etməsinə qadağa qoyub. 
Bu barədə PFL prezidenti Ramin Musayev "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişində açıqlama verib.  
O bildirib ki, Premyer Liqada "Qarabağ"dan başqa digər klublar borclarını ödəməyənədək bu qərar qüvvədə olacaq. Musayev ilkin mərhələ olaraq, bu addımı atdıqlarını, nəticə verməyəcəyi halda, komandalardan xalların silinəcəyini və onların I Diviziona göndəriləcəklərini vurğulayıb: 

"Belə qərara gəldik ki, qış transfer dövründəki transferləri bağlayaq. Yəni, 3 hal yox, hansı komanda borcludursa, yeni transferlər etməsinə icazə verilməsin. Amma digər cəzalar da yaddan çıxmayıb. "Qarabağ"dan başqa digər komandaların bu "pəncərə"dən istifadəsinə imkan verməməyi qərara aldıq. Borclarını ödəsələr, icazə verəcəyik. Borcun məbləğini deməyə ehtiyac yoxdur".  

PFL prezidentinin sözlərinə görə, hətta klublara satdıqları topların pulunu da ala bilmirlər: "Deyirlər ki, PFL top gətirib sataraq, qazanc əldə edir. Xeyr, belə deyil. Klublar özləri də bilirlər ki, bizim gətirdiyimiz top dükanlarda satılandan qat-qat ucuzdur. Vaxt var idi, məşqi bir topla, oyunu isə 5-10 manatlıq topla oynayırdıq. Bu, peşəkar futbolçuların çıxışlarına təsir göstərirdi. Bu gün hamı eyni topla oynayır. Amma topların da pulunu vermirlər. Biz gətirməsəydik, nə ilə oynayacaqdılar? Elə o, 10 manatlıq toplarla? Xaricdə təlim-məşq toplanışlarına gedən klublarımızı alqışlayıram. Bəs yaxşı, borcu niyə vermirsiniz? Verərlər, inşallah!".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.