“Cinayətlərini gizlədə bilməyəcəklər” - Ruhani danışdı
İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının diplomatik əlaqələri kəsməsi ilə bağlı qərarına münasibət bildirib.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, Ər-Riyadın qərarı şiə din xadiminin cinayətkar edamını gizlətməyə yardım etməyəcək:
“Səudiyyə Ərəbistanı dini liderin edamını –öz cinayətini İranla siyasi əlaqələri pozmaqla gizlədə bilməyəcək”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında aralarında şiə lideri Nimra ən Nimra da olmaqla 47 nəfərin edamı iki ölkə arasında əlaqələrə son qoyub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.