banner
banner

Dünya

BMT Təhlükəsizlik Şurası təcili toplanır

BMT Təhlükəsizlik Şurası təcili toplanır

BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi ilə əlaqədar fövqəladə iclas keçirəcək.

APA-nın verdiyi xəbərə görə, iclas ABŞ və Yaponiyanın təklifi ilə çağırılıb və qapalı olacaq.

Qeyd edək ki, bu gün Şimali Koreya hökuməti ölkə televiziyası ilə xüsusi bəyanat yayaraq hidrogen bombasının uğurla sınaqdan keçirildiyini bildirib. Məlumatda sınağın mənfi ekoloji təsirlərinin olmadığı xüsusi vurğulanıb.

Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikası əvvəllər 2006, 2009 və 2013-cü illərdə nüvə sınaqları keçirib. Buna cavab olaraq BMT TŞ rəsmi Pxenyana müxtəlif sanksiyalar tətbiq edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.