banner
banner

İdman

Taekvondoçularımız 9 medalla qayıdır

Taekvondoçularımız 9 medalla qayıdır

Taekvondoçular arasında Kabardin-Balkariyanın Nalçik şəhərində təşkil edilən ənənəvi VII “Cup of Elbrus” beynəlxalq turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu yarışda ölkəmizi Sumqayıt Olimpiya İdman Kompleksinin 21 taekvondoçusu təmsil edib.

Turnir komandamız üçün uğurlu alınıb. Belə ki, həmyerlilərimiz Ukrayna, Kipr, Azərbaycan, Ermənistan, İordaniya, həmçinin Rusiyanın bölgələrindən ümumilikdə 40 komandanın və 550 taekvondoçunun iştirak etdiyi 4 qızıl, 1 gümüş və 4 bürünc, medal qazanıblar.

Komandamızın üzvlərindən Fizam Mehdiyev (55 kq, gənclər), Xanoğlan Kərimov (33 kq), Mehriban Məmmədov (41 kq, hər ikisi yeniyetmələr) və Röya Süleymanova (26 kq, uşaqlar) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsün ən yüksək pilləsinə qalıblar. Digər taekvondoçularımızdan, Gülsüm Həsanzadə (26 kq, uşaqlar) gümüş, Kənan Məmmədov (24 kq, uşaqlar), Xəyyam Paşayev (+65 kq), Sənubər Əşrəfova (44 kq) və Nərmin Ələkbərova (47 kq, hamısı yeniyetmə) bürünc medala yiyələnib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.