Müğənni İbrahim Tatlıses keçmiş həyat yoldaşı Derya Tuna və oğlu İdonun işlətdiyi kababxananı başqasına satıb. Daha əvvəl də bir məkanını bağlayan müğənninin bu hərəkəti onun pula ehtiyacı olması haqda şayiələri artırıb. Dünən restoranı təhvil verən ifaçı həm də albom çıxartmağa hazırlaşır. Onun kasıbladığı haqda xəbərlər isə artıq təqsdiqini tapmağa başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl ifaçı bu haqda "Məndə pul bitməz, azalar" demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.