banner
banner

Sosİal

Sürücülərin nəzərinə: 60 manatlıq cərimə azalır, bal ləğv olunur

Sürücülərin nəzərinə:
Yolayrıcında piyadaya yol verməməyə görə 3 bal tətbiq edilməyəcək.
Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində (İXM) ciddi konseptual dəyişikliklər olmasa da, bəzi maraqlı məqamlar da var. Onlardan biri sürücülərlə piyadaların qarşılıqlı münasibəti ilə bağlıdır.Avtosfer.az-ın məlumatına görə, məlumdur ki, hazırda sürücülərin piyadalar barəsində, daha doğrusu piyada keçidində hərəkətlə bağlı qaydaları pozduğu halda şəraitdən asılı olaraq daha çox İXM-in iki maddəsi ilə inzibati məsuliyyət yarana bilər:
 
1. Yolayrıcından kənardakı nizamlanmayan (svetoforsuz) piyada keçidində piyadaya yol verməməyə görə sürücülər İXM-in 151-3-cü maddəsi ilə 50 manat cərimə olunurlar;
 
2. Yolayırıcında sağa və ya sola dönərkən döndüyü yolu keçməkdə olan piyadaya yol verməyən sürücülər İXM-in 151.2-ci maddəsi üzrə yolayrıcını keçmə qaydalarını pozmaya görə 60 manat cərimə olunurlar və onlara 3 cərimə balı yazılır.
 
Yeni Məcəllə bu qarışıqlığa birdəfəlik son qoyaraq vahid bir maddədə piyadaya yol verməyən sürücü üçün məsuliyyət nəzərdə tutur. Özü də sürücülərin məsuliyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirməklə. Belə ki, Məcəllə qüvvəyə minəndən sonra istər yolayrıcında dönərkən, istərsə də yolayrıcından kənarda nizamlanmayan keçiddə piyadaya yol verməyən sürücü 50 manat cərimə olunacaq. Buna görə də heç bir cərimə balı nəzərdə tutulmur.
 
Yeni maddənin ən mühüm özəlliyi isə odur ki, piyadaya yol verməməyin normativ anlayışı nəzərdə tutulur. Bu zaman yol verməmənin klassik anlayışı əsas götürülməklə qeyd olunur ki, sürücünün piyadaya yol verməməsi onun idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətini davam etdirəcəyi və ya yenidən hərəkətə başlayacağı təqdirdə piyadanın öz hərəkət sürətini və ya hərəkət istiqamətini dəyişməyə məcbur olması kimi başa düşülməlidir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.