Üç yaşında iki ayağını itirən İmran Cəfərzadə Almaniyada xərçənglə mübarizə aparan tanınmış teleaparıcı Hacı Nuran Hüseynovla görüşüb.
CİA.Az ANS PRESS-ə istinadən xəbər verir ki, teleaparıcı 4 yaşlı İmranla çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb. O, yaşadığı faciədən sonra 16 cərrahi əməliyyat keçirən 4 yaşlı İmranın Almaniyada müalicəsinin davam etdiyini yazıb.
Hacı Nuran fotoların birinə belə şərh verib: “Keçən il Nabranda iki ayağını itirən və Heydər Əliyev Fondunun yardımı ilə Almaniyada müalicə alan İmran Cəfərzadə ilə unudulmaz bir görüş...”.
Xatırladaq ki, İmran Cəfərzadə 3 yaşında olarkən bir ayağını tam, ikincisini isə qismən itirib. Uşaq 2013-cü il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb. Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.