banner
banner

Sosİal

Vaxtından əvvəl doğulan körpələrin yaşamaq ehtimalı artır

Vaxtından əvvəl doğulan körpələrin yaşamaq ehtimalı artır
"Azərbaycanda yeni diridoğulma meyarlarının tətbiqinə başlanılması ölkədə çox az çəkili yenidoğulmuşların yaşamasına ümid verir". 
 Bu barədə Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 №-li Bakı Tibb Kolleci və 2 №-li Bakı Baza Tibb Kollecində tələbə heyəti ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim və kommunikasiya mütəxəssislərinin görüşlərində bildirilib.
Görüşdə qeyd olunub ki, düzgün həyat tərzi keçirmək və zərərli vərdişlərdən uzaq olmaq, erkən yaşda hamiləlikdən çəkinmək, hamiləliyin 3 aylığından etibarən mütəmadi həkim nəzarətində olmaq vaxtından əvvəl doğuşların qarşısının alınmasına kömək edir. 
Xatırladaq ki, növbəti maarifləndirmə tədbirləri yanvar-fevral aylarında qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar arasında keçiriləcək. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.