Sətəlcəm (pnevmoniya) ağciyərlərin iltihabıdır. Pnevmoniya çox təhlükəli xəstəlik sayılır. Uşaqlarda, yaşlı insanlarda, ağır xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda pnevmoniya ölümə səbəb ola bilər. Bu səbəbdən sətəlcəmin ilk simptomlarını bilmək çox vacibdir. Əksər hallarda pnevmoniya qripp və soyuqdəymə xəstəlikləri fonunda inkişaf edir. Hal hazırda yayılmaqda olan "donuz qripin"in əsas təhlükəli ağırlaşması məhz sətəlcəmdir. Pnevmoniyanın ilk simptomları: - Öskürək (quru, arası kəsilməyən, daimi). Nadir hallarda sətəlcəm zamanı öskürək tək-tük və zəif ola bilər. - Xəstənin vəziyyətinin kəskin pisləşməsi. İstənilən virus xəstəliyi 7 gündən artıq çəkmir və xəstənin vəziyyəti tədricən yaxşılaşır. Əgər soyuqdəymə və ya qripp başladıqdan 4-7 gündən sonra xəstənin vəziyyəti birdən-birə yenə pisləşməyə başlayıbsa (hərarət yenidən qalxmağa başlayır və s.), bu əksər hallarda sətəlcəmin inkişafının simptomudur. - Yüksək hərarət (39-40 C). Bu zaman adi hərarətsalan dərmanlar lazım olan təsir etmir. Bu da sətəlcəmin əsas simptomlarından biridir. Lakin bəzən (atipik pnevmoniya zamanı) hərarət yüksək olmaya bilər (37,1-37,5 C kimi). Bu səbəbdən xəstəliyin digər simptomları meydana çıxdıqda, dərhal həkimə müraciət edin. Son zamanlar atipik pnevmoniyanın halları çoxalır. - Zəiflik, halsızlıq. - Dəri örtüklərinin solğun olması. - Təngnəfəslik. - Dərin nəfəsalma zamanı döş qəfəsində ağrılar. - Tərləmənin artması (xüsusilə gecə saatlarında). Pnevmoniya çox tez inkişaf edən xəstəlikdir. Bu səbəbdən xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Bu halda xəstəlik daha tez və asan müalicə olunacaq.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.