banner
banner

Sosİal

Bakı-Sumqayıt yolunda aksiya

Bakı-Sumqayıt yolunda aksiya

Bakı-Sumqayıt yolunda sakinlər etiraz edirlər.

Bu barədə sakinlər ANS PRESS-in “Qaynar xətti”nə müraciət ediblər. Müraciətdə bildirilir ki, Ceyranbatan qəsəbəsinin sakinləri tez-tez ölümlə nəticələnən yol qəzalarına etiraz olaraq yolu bağlamaq istəyirlər.

Nurəddin Gəncəli adlı şikayətçi bildirib ki, Ceyranbatan yolunda, “Yaşıl dərə” və Ceyranbatan bağları adlanan ərazidə ara-sıra piyada vurulmaları olur. Bütün hallarda qəzalar ölümlə nəticələnir.

“Dünən də 21 yaşlı gənci maşın vurub öldürüb. Səbəbi isə həmin ərazidə piyda keçidinin olmamasıdır. Camaat yığılıb, istəyirlər ki, Bakı-Sumqyıt trasını bağlasınlar. Bəlkə bizim dədimizə əlac tapan oldu”, - deyə Nurəddin Gəncəli bildirib.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında etirazın əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, Ceyranbatan qəsəbəsinə gedən ərazidə piyada keçidi var. Lakin qeyd olunan ərazidə yaşayanların yolu qəsəbə içərisindədir.

“Həmin yolda sürət 120 km.dir. Yollarda dəmir arakəsmələr var. Bu səbəbdən də, həmin ərazidə piyadalar üçün yol qoyulmaq təhlükəlidir. Orada yaşayanlar qəsəbənin içərisilə gedib-gəlməlidir. İndi kimsə yolunu tezləşdirmək istəyir. Bu onların problemidir”, - deyə Kamran Əliyev bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.