Bəzi məhsulların bədəndəki artıq yağları yandırmaqda əvəzsiz xidməti var.
Bəs onlar hansılardır? ANS PRESS yağ yandıran və asan tapılan 6 məhsulu təqdim edir.
Qreyfurt Araşdırmalar göstərir ki, gündə müntəzəm olaraq istifadə edilən yarım qreyfurt və ya 150 ml. meyvə şirəsi 2 həftədə 2 kq arıqladır. Qreyfurt aşağı qlisemik indeksi sayəsində insulin və xolestrol səviyyəsini salır. O, yağları yandırır, metabalolizmanı sürətləndirərək yağ yandırılmasını artırır.
Yaşıl çay Yaşıl çay xərçənglə mübarizə aparan ən yaxşı vasitədir. O, həm də yağların parçalanmasını sürətləndirir. Yeməkdən sonra içilən bir fincan yaşıl çayın faydasını tezliklə görmək olar. Gün ərzində içilən bir necə fincan yaşıl çay 70-80 kalori yandıracaq.
Az yağlı süd məhsulları Süd həm kalsium qaynağı, həm də vitamin deposudur. Gündə 3-4 dəfə az yağlı süd məhsulları istifadə edən qadınlarda yağ yandırılması 70 faiz çoxdur.
Su Kifayət qədər su içməsəniz kilo verməsində çox çətinlik çəkəçəksiniz. Maye əksikliyi matabolizmanı zəiflədir. Buna görə də, yorğunluq və baş gicəllənməsi baş verə bilər. Gündə 1,5 litr su metobolizmanı 30 faiz artırır.
Protein Protein əzələnin inkişafı üçün labüddür. Proteinlə zəngin qidalar metabolizmanı sürətləndirir. Həzm sistemi bu məhsulları həzm etmək üçün çox enerji sərf edir və bununla da yağ yandırılır. Bu sayədə gündə 200-ə kimi kalori yandırmaq olar.
Ədviyyat Özəlliklə acı bibər metabolizmanı sürətləndiri, yağ arçalanmasına kömək edir. Ümumiyyətlə ədviyyatlar bədəndə adrenalin hormonunu çoxaldır. Bu həm də kalori itiriməsinə dəstəkdir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.