banner
banner

Sosİal

İcra başçısı müəllimələrə şalvar geyinməyi qadağan etdi

İcra başçısı müəllimələrə şalvar geyinməyi qadağan etdi

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməməsini məsələhət bilib.

Cia.az modern.az-a istinadən xəbər verir ki, icra başçısı qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısında şalvarda yox, rəsmi formada çıxmalıdır. Artıq icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanılıb.

Sayt həmçinin yazır ki, Z.Fərəcov eyni zamanda məktəb və bağçaları gözlənilmədən təfitş edir. İndi təhsil müəssisələri əvvəlcədən xəbər vermədən gələn icra başçısını hər an gözləyirlər.
Z.Fərəcovun daha bir göstərişi isə 11-ci sinif şagirdləri ilə bağlıdır. Belə ki, əvvəllər 11-ci sinif şagirdləri ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşamaq üçün əksər vaxtlarda məktəbə gəlmir və buna görə direktorlara müəyyən məbləğdə pul ödəyirdilər.

İcra başçısının göstərişi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsindən məktəblərdə 11-cilərin dərsə davamiyyəti hər gün yoxlanılır, dərsə gəlməyənlərə zəng edilərək çağrılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.