banner
banner

Dünya

UNICEF: 22 ölkədə 24 milyon uşaq məktəbə getmir

UNICEF: 22 ölkədə 24 milyon uşaq məktəbə getmir
Hazırda dünyanın 22 ölkəsində 24 milyona yaxın uşaq məktəbə getmir.
Bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) bildirib.
“Münaqişələrə məruz qalmış ölkələrdə yaşayan uşaqlar evlərindən, ailə üzvlərindən, dostlarından, adi həyat tərzindən məhrum olublar. Bu gün təhsilsiz qalan  uşaqlar gələcəklərini, böyüyəndə cəmiyyətə töhfə vermək imkanını itirmək təhlükəsi ilə üzləşiblər”, deyə  UNICEF direktorunun köməkçisi, qurumun qlobal təhsil şöbəsinin rəhbəri Con Burnt vurğulayıb.
Uşaq Fondunun hesablamalarına əsasən, məktəb üzünə həsrət qalan uşaqların əksəriyyəti Əfqanıstanda, Sudanda və Nigerdə yaşayır. 2015-ci ildə 200 mindən çox uşaq Avropada sığınacaq axtarıb.  Dünya üzrə 30 milyona yaxın yetkinlik yaşına çatmayanlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar. 250 milyondan çox uşaq isə hərbi münaqişələr davam edən regionlarda yaşamaqda davam edirlər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.