Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan Sultanahmetdə baş verən partlayışla bağlı açıqlama verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident partlayışın suriyalı əsilli canlı bomba tərəfindən törədildiyini bildirib:
“Suriya əsilli canlı bombanın səbəb olduğu partlayışda 10 nəfər öldü, 15 nəfər yaralandı. Ölənlərin kimliyi açıqlanacaq. Onların arasında yerli və əcnəbilər var.
Bir ölkənin pasportunu istifadə edən şəxslərin Türkiyəyə xəyanət etdiklərini görürük.
Bu bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının ilk hədəfi Türkiyədir. Çünki Türkiyə onların hamısı ilə eyni qərarlılıqla mübarizə aparır”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.