banner
banner

Sosİal

Bu dəfə qəssablara xəbərdarlıq edildi

Bu dəfə qəssablara xəbərdarlıq edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Abşeron rayonundakı heyvan kəsim və qəbulu məntəqələrində reydlər keçirib.

Rayonun Aşağı Güzdək qəsəbəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skeletləri aşkar olunub.

Bu barədə virtualaz.org saytına Xidmətdən məluat veriblər. Xəbərdə deyilir ki, heyvan cəmdəkləri labaratoriyaya təqdim olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvan kəsimi ilə məşğul olanlara xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.

Qeyd edək ki, son aylar mənşəyi məlum olmayan, sağlamlıq üçün təhlükəli ətlərin satılması faktları tez-tez aşkarlanır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.