banner
banner

İdman

Boksçularımızın rəqibləri müəyyənləşdi

Boksçularımızın rəqibləri müəyyənləşdi

Boksçularımızın rəqibləri məlum olub.

CİA.Az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, "AIBA Pro Boxing" (APB) turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov (+91 kq) və Tamerlan Abdullayevin (69 kq) növbəti rəqibləri bəlli olub. 2 qat dünya, Avropa çempionu, London olimpiadasının bürünc mükafatçısı M.Məcidov dekabrın 19-da rinqə çıxacaq. Milli komandamızın üzvü misirli Əhməd Samirlə üz-üzə gələcək.

30 yaşlı Samir Nyu Yorkda peşəkar boksla məşğul olub. Ancaq o, APB turnirində hər iki görüşdə uduzub. Superağır çəki dərəcəli boksçu əvvəlcə almaniyalı Erik Pfeyferə, 2-ci mərhələdə isə rusiyalı Maqomed Omarova məğlub olub.

T.Abdullayev isə dekabrın 20-də avstriyalı Markos Naderlə qarşılaşacaq. 24 yaşlı M.Nader də əvvəllər peşəkar boksla məşğul olub. O, 1-ci mərhələdə keniyalı Rayton Okviriyə, ötən ay isə litvalı Eimantas Stanionisə uduzub.

Hər iki görüş saat 19:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

Qeyd edək ki, M.Məcidov noyabrda APB-də debüt edib və ukraynalı Sergey Verveykonu 2-ci raundda nokautla üstələyib. Tamerlan isə ilk döyüşündə macarıstanlı Qyula Katedən üstün olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.