banner
banner

Gündəm

Moskvada Qarabağda istehsal olunan konyak satılır

Moskvada Qarabağda istehsal olunan konyak satılır

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, “Domodedovo” hava limanının rüsumsuz ticarət mağazalarında satılan “Мадатовь” adlı konyakların Ermənistanın işğalı altında olan Azərbaycan ərazisində - Dağlıq Qarabağda istehsal edildiyini və Ermənistan vasitəsilə Rusiya bazarlarına çıxarıldığını müəyyənləşdirib.

Cia.az DGK-nın mətbuat xidmətinə istinadən bildirir ki, bununla əlaqədar olaraq Dövlət Gömrük Komitəsi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Bildiyiniz kimi, iyirmi ildən artıqdır ki, Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan Respublikasının işğalı altındadır. Bu ərazilərin azad edilməsini tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, eləcə də bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, bu işğal hələ də davam etməkdədir. Beynəlxalq hüquqa əsasən işğal altında olan ərazilərdə istənilən iqtisadi fəaliyyət (istər sahibkarlıq, istərsə də qeyri-sahibkarlıq fəaliyyəti) qadağandır.

Bildiririk ki, Moskvanın “Domodedovo” hava limanının “Duty Free” (rüsumsuz ticarət) mağazalarında “Мадатовь” adı altında konyak məhsullarının satışı həyata keçirilir. Bu məhsul Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində yerli xammal və materiallardan istifadə edilməklə hazırlansa da, bağlama üzərindəki ştrix-kod Ermənistan Respublikasına aiddir ki, bu da malın mənşə ölkəsi haqqında sənədlərin və ticarət markasının saxtalaşdırlmasına dəlalət edir. Beləliklə, belə malların Rusiyaya idxalı üçün heç bir qanuni əsası yoxdur.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bu kimi hallar Moskva və Rusiyanın digər şəhərlərində yerləşən ərzaq mallarının satış nöqtələrində də müşahidə olunur.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti arasında gömrük hüquqpozmaları ilə mübarizəyə dair əməkdaşlıq haqqında Sazişin 5-ci maddəsinə istinad edərək, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində istehsal edilən malların sərbəst satışının qarşısının alınması, eləcə də belə hərəkətlərə yol verilməməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edirik".

Xatırladaq ki, aşkar olunmuş faktla bağlı DGK rəsmi olaraq respublikamızın əlaqədar qurumlarını da məlumatlandırıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.