banner
banner

Dünya

ABŞ səfirlikləri təhlükə altında

ABŞ səfirlikləri təhlükə altında

Amerika Birləşmiş Ştatları Senatı Kəşfiyyat Komistəsinin Mərkəzi Kəşfiyyat Agentliyinin sərt dindirmə üslubuna dair məruzəsi ölkə səfirliklərini ciddi təhlükələrlə qarşı-qarşıya qoya bilər.

Senatın kəşfiyyat komitəsi ilk dəfə belə bir məruzə ilə çıxış edəcək. Məruzədə, eyni zamanda, 2001-ci il 11 sentyabr hücumlarından sonra terrorizmdə şübhəli bilinən əl-Qaidə üzvlərinə edilən işgəncələrə dair məlumat yer alır.

Məruzə ilə tanış olan ABŞ rəsmiləri işgəncələrin, əslində, kəşfiyyata faydalı olmadığını qeyd ediblər.

Ağ Evin mətbuat katibi Coş Ernest hökumətin istənilən təhlükəyə qarşı tədbirli olduğunu açıqlayıb.

“Biz komitənin belə bir məruzə yayımlayacağından xəbərdarıq. Məruzə yayımlandıqdan sonra Amerika səfirlikləri və vətəndaşlarına qarşı hücum riskinin artacağı qeyd olunur. Hökumət təhlükəsizliyin təmin olunması üçün lazımi addımlar atıb”.

Coş Ernest, eyni zamanda, bir qədər əvvəl girov düşdükdən sonra öldürülən amerikalı junralist Luk Somersin qətli ilə bağlı açıqlama verib. Ernest qeyd edib ki, Obama bu cür ədalətsiz hökmlərə qarşı səbr nümayiş etdirməyəcək.//Anspress



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.