FİFA-nın baş katibi Jerom Valke vəzifəsindən qovulub.
O, "DÇ-2014"də qanunsuz yolla bilet satışında şübhəli bilinir.
2007-ci ildən FİFA-nın baş katibi vəzifəsində çalışan Valkeni Markus Kattner əvəzləyəcək.
Qeyd edək ki, Valke səlahiyyətlərinin icrasından sentyabr ayında kənarlaşdırılıb. Oktyabrda 90 günlüyünə vəzifəsindən uzaqlaşdırılan Valkenin müddəti yanvarda daha 45 gün uzadılıb. Yanvarın 7-də isə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası tərəfindən funksionerə qarşı iş açılıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.