“Hilton” otellər şəbəkəsinin varisi Niki Hiltonla milyonçu “Rotşild”lər nəslindən olan Ceyms Rotşildin körpəsi dünyaya gələcək. Bu barədə cütlüyə yaxın mənbə “People” jurnalına danışıb: “Niki ana olacağı üçün çox xoşbəxtdir. O, özünü yaxşı hiss edir. Onlar bu xəbəri hələ ki, yaxınlarına və doğmalarına veriblər. Niki ilə Ceyms xoşbəxtlikdən göyün yeddinci qatındadırlar”. Qeyd edək ki, Konrad Hiltonun nəticəsi olan Niki ilə Ceyms İtaliyada nikah mərasimlərinin birində tanış olublar. Onlar ötən ilin iyulunda ailə qurublar. Niki 2004-cü ildə iş adamı Todd Meysterlə ailəli olsa da, bu nikah cəmi 3 ay çəkib.
Xatırladaq ki, Niki Hilton məşhur müğənni-dizayner Peris Hiltonun bacısıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.