banner
banner

Dünya

ABŞ Ukraynaya silah verəcək

ABŞ Ukraynaya silah verəcək
Pentaqon 2016-cı ildə Ukraynaya letal (öldürücü) silah verilə biləcəyini istisna etmir.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə nazirliyinin rəsmi nümayəndəsi Mişel Baldanza bəyan edib.
“Hazırda biz müdafiə sahəsində növbəti addımlarımız müəyyən etmək üçün Ukraynadakı həmkarlarımızla sıx təmasdayıq”, deyə Pentaqon rəsmisi bildirib.
O həmçinin xatırladıb ki, ABŞ Konqresi Ukraynaya silah verilməsinə dair qətnamə qəbul edib. Qanun layihəsi 612 milyard dollarlıq hərbi büdcə xərclərindən Ukrayna ordusuna 300 milyon dollar yardım göstərilməsini nəzərdə tutur.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.