Knessetdə qanunvericilər parlamentin buraxılmasına qərar veriblər. ANS PRESS-in məlumatına görə, parlamentin buraxılmasına səbəb bir qədər əvvəl baş nazir Benyamin Netanyahunun maliyyə naziri Yair Lapid və ədliyyə naziri Çipi Livnini vəzifəsindən kənarlaşdırması olub.
Hazırkı parlament qanuni müddətin heç yarısını da başa vura bilməyib. İsrail mətbuatı Netanyahunun yeni hökumətin tərkibinə dini partiya liderlərini də cəlb edəcəyini yazır.
Netanyahunun İsrailin təkcə yəhudilərin ölkəsi olmasına dair təklif etdiyi qanun layihəsi, həmçinin, vergi və müdafiə siyasətində yaranmış ziddiyyətli fikirlə məhz nazirlər arasında gərginliyə səbəb olmuşdu.
Deputatlar yeni ümummilli seçkilərin vaxtını mart ayının 17-nə müəyyənləşdiriblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.