Tayvanda keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub.
Cia.az modern.az-a isitnadən xəbər verir ki, səslərin 80%-nin hesablanmasından sonra seçkilərdə müxalif namizəd – Demokratik İnkişaf Partiyasının sədri Çay İnven qalib gəlib.
Məlumata görə o, hesablanmış səslərin 60%-ni toplayıb.
Prezidentlik yarışında Qomindan Partiyasının namizədi Çji Lilun 2-ci, Xalq Partiyasının sədri Sun Çuyuy isə 3-cü olub.
Artıq Çji Lilun məğlubiyyətini etiraf edib və rəqibin təbrik edib.
Beləliklə, 1949-cu ildən Çindən ayrılıb müstəqilliyin elan edən Tayvana ilk dəfə qadın prezident rəhbərlik edəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.