Türkiyəli müğənni Doğuş prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, pop-musiqiçi görüş zamanı Ərdoğana “Aklında bulunsun” adlı yeni albomunu təqdim edib.
Prezident albomu diqqətlə incələyərək “Albomun xeyirli-uğurlu olsun. Buna qulaq asacağam, yolun açıq olsun” deyərək təbrik edib.
Doğuş daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ərdoğana uzun illərdir ki, rəğbət bəsləyir: “Cənab prezidentimizi o bələdiyyə sədri işlədiyi zamandan tanıyıram. 1997-ci ildə keçirilən marafon yürüşündə mənə medal təqdim etmişdi. Yəni ki, onu qəlbən və çox uzun zamandır dəstəkləyirəm. Onu çox sevirəm. O da təbii ki, kimin onu nə qədər çox sevdiyinin və nə üçün yanında olduğunun fərqindədir. O dünya lideridir, bizim hər şeyimizdir. Rəbbim ona can sağlığı və uğurlarının davamını nəsib etsin”.
Doğuş onu da qeyd edib ki, Ərdoğana yeni albomunda mahnı həsr edib: “Cənab prezident Qaradənizli olduğu üçün ona da Qaradəniz türküsü yazdım. Çox sakit mahnıdır”.
Qeyd edək ki, Doğuş azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə ailəlidir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.