Türkiyənin İstanbul şəhərində Sultanahmet meydanında baş vermiş terrorla bağlı 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə qarşısına çıxarılmış 16 nəfər şübhəlidən 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan 6 nəfər isə başqa yerə getməmək şərti ilə məhkəmə zalından azadlığa buraxılıb.
Həbs edilənlər silahlı terror təşkilatına üzv olmaq və qəsdən adam öldürməkdə ittiham olunurlar.
Qeyd edək ki, terror nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Həlak olanlar hamısı Almaniya vətəndaşlarıdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.