banner
banner

İdman

Taekvondoçularımızdan daha bir möhtəşəm uğur

Taekvondoçularımızdan daha bir möhtəşəm uğur

Azərbaycanın daha 2 taekvondoçusu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qol.Az-ın xəbərinə görə, bu uğura Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) Türkiyənin İstanbul şəhərindəki Avropa Olimpiya Təsnifat Turnirində imza atıb.

Hər iki taekvondoçu hələ finala yüksəlməklə, lisenziyanı təmin edib. Amma bununla da kifayətlənməyən Abakarova və Harçeqani son rəqiblərini də yenərək, qızıl medala yiyələnib.

Beləliklə, Azərbaycan taekvondo yığması Rio-2016-da tam tərkibdə - 4 idmançı ilə təmsil olunmaq hüququ qazanıb. Daha öncə Radik İsayev (+80 kq) və Fəridə Əzizova (67 kq) da bu vəzifənin öhdəsindən gəlib. 
Qeyd edək ki, Patimat Abakarova və Milad Beigi Harçeqani Azərbaycanın qarşıdakı olimpiadaya qazandığı lisenziya sayını 32-yə çatdırıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.