Gürcüstanda bir nəfər “donuz qripi” xəstəliyindən dünyasını dəyişib.
Bu barədə mətbuata Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzi rəhbərinin müavini Paatu İmnadza məlumat verib. O deyib ki, hazırda ölkə əhalisinin hər 100 min nəfərindən 240-da bu xəstəliyin əlamətləri müşahidə olunur. Həkimlərə müraciət edən həmin 240 nəfərdən 37-də bu diaqnoz təsdiqini tapıb.
P.İmanadze bildirib ki, hökumət əhalinin sağlamlığının qorunması, bu xəstəliklərin yayılmasının qarşısının alınması və xəstələrin sağalması istiqamətində mühüm tədbirlər görür.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.