Eldar Sabiroğlu: “Rüfətə səbr və dözüm arzulayıram”
“Oğlum Rüfətin işi ilə bağlı bir yenilik yoxdur. Bu barədə bildiklərimizi mətbuatla bölüşmüşük. O, hal-hazırda Kürdəxanıda-bir nömrəli istintaq təcridxanasındır, vəkili onunla ğörüşüb, vəziyyəti normaldır, heç bir şikayəti yoxdur”. Musavat.com xəbər verir ki, bunu həbs edilən sabiq müstəntiq Rüfət Səfərovun atası, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu yazıb.
Onun fikrincə, oğlu barəsində qaldırılmış cinayət işi qeyri-qanunidir: “Təxminən iki il əvvəlki hansısa fakta istinad edilərək cinayət məsulyyətinə cəlb olunmuş Rüfət Səfərov 5-7 dəqiqəlik məhkəmə qərarı ilə həbsxanaya göndərilmisdir. Nədənsə, il yarımdan sonra yada düşən bu məsələ oglum Rüfətin istefasından sonra hərəkətə gətirilmisdir. Bunun özü göstərir ki, onun həbsi barədə korrupsiya ilə mübarizə baş idarəsinin seçmiş olduğu qərar huquqi nəticə etibari ilə ədalətli deyil. Dəlil-sübut olmadan, öyrədilmiş şəxsləri üzünə durdurmaqla aparılan istintaq əməliyyatına təəccüb edirəm.
Zərdab o qədər də böyük rayon deyil. Əgər Rüfət belə bir işi görmüşdürsə tez bir zamanda əhali arasında yayıla bilərdi və şübhəsiz, rayon prokuroru bundan xəbərdar olardı. Belədə prokuror öz səlahiyyəti çərçivəsində qərarı ləğv edərək yenidən istintaq araşdırmasına qaytarmalı idi. Göründüyü kimi, bu baş verməyib, deməli, Rüfət qərarı düzgün qəbul etdiyindən prokuror da onu təsdiq edib. Digər yandan, belə bir sual diqqəti cəlb edir:- Müstəntiqlərin prokurorsuz hər hansı bir qərarı müstəqil qəbul etmək səlahiyyətləri ümumiyyətlə mümkündürmü? Çox istərdim, hörmətli rayon prokuroru bu suala bir aydınlıq gətirsin”.
Eldar Sabiroğlu yazıb ki, sabah vəkili Bəhruz Bayramov təcridxanada onunla görüşüb vəziyyəti ilə maraqlanacaq və perespektivdə hansı addımların atılacağı barədə müzakirə aparacaqlar: “Rüfətə səbr və dözüm arzulayıram. İnanıram ki, dövlət başcımız İlham Əliyev ailəmizə bu məsələdə öz köməkliyini əsirgəməyəcək”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.