banner
banner

Gündəm

Ramil Usubov Nardaran sakinləri ilə görüşüb

Ramil Usubov Nardaran sakinləri ilə görüşüb
Ramil Usubovun Nardaran sakinləri ilə görüşüb.
Cia.az Daxili İşlər Nazirliyinin saytına istinasdən xəbər verir ki, görüş yanvarın 17-də Sabunçu Rayon Polis İdarəsində keçirilib.
Daxili işlər, prokurorluq və dövlət təhlükəsizlik orqanları əməkdaşları tərəfindən qəsəbədə ictimai asayişin, təhlükəsizliyin tam bərpa olunması məqsədi ilə həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlərindən danışan nazir R.Usubov ölkəmizin hər yerində olduğu kimi, Nardaranda da bu gün kriminogen durumun tam nəzarətdə olduğunu vurğulayıb. Qəsəbədə aparılan intensiv tikinti-quruculuq və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə aradan qaldırılması üçün görülən işlərə də toxunan nazir göstərilən istiqamətlərdə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.   
          
Bir daha qəsəbə sakinlərinin nəzərinə çatdırılıb ki, bu gün Nardaranda aparılan abadlıq-quruculuq işləri, eləcə də dövlət orqanlarının yerli qurumlarının tam fəaliyyət göstərməsi istiqamətində atılan bütün addımlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altındadır. 
          
Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Eldar Quliyev və rayon Polis İdarəsinin rəisi Eldar İlyasov çıxış edərək qəsəbədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. 
          
Qəsəbə ictimaiyyəti adından orta məktəb direktoru Ağası Orucov, sakin Tofiq Həsənov və başqaları çıxış edərək nardaranlılara göstərilən ali diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər və xüsusi olaraq vurğulayıblar ki, artıq qəsəbədə su, işıq, qaz kimi problemlər tam həllini tapıb, şagirdlər təhsilə cəlb olunublar.
          
Daxili işlər naziri R.Usubov görüşdə ictimaiyyət nümayəndələri tərəfindən qaldırılan bəzi  problemlərin də həll olunması üçün digər dövlət qurumları ilə birlikdə müvafiq işlərin görüləcəyini bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.