banner
banner

Sosİal

Metroda 20 Yanvarla bağlı xüsusi tədbirlər keçiriləcək

Metroda 20 Yanvarla bağlı xüsusi tədbirlər keçiriləcək
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. 
Bunu Avropa.info-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. 
O, bildirib ki, metropoliten 20 Yanvar günü bir sıra tədbirlər keçirəcək: "Hər il olduğu kimi, bu il də Bakı Metropoliteni bütün kollektivlə faciə gününü yad edəcək. Bu il də bütün stansiyalar qara lentli qərənfillərlə bəzədiləcək, bütün stansiyalarda həzin musiqilər səsləndiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərin xatirəsinə adlandırılmış "20 Yanvar" stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq”. 
 
Nəsimi Paşayaev qeyd edib ki, bütünlüklə "20 Yanvar" stansiyası, hətta platformalar da qızılgüllərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq: “Həmin gün saat 12 tamam olanda isə metroda bütün qatarlar dayandırılacaq, eyni anda fit veriləcək, sonra isə faciə qurbanlarının xatirəsi sərnişinlərlə birlikdə bir dəqiqəlik sükutla yad ediləcək". 
 
Nəsimi Paşayev onu da əlavə edib ki, hüzn günü olmasına baxmayaraq, 20 Yanvar günü qatarların hərəkət qrafikində və metronun iş rejimində hər hansı dəyişikliyin olacağı gözlənilmir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.