banner
banner

Gündəm

“Təxribat yayanlara qarşı ölçü götürüləcək”

“Təxribat yayanlara qarşı ölçü götürüləcək”

Bir müddət əvvəl Azərbaycanın müxtəlif bölgələrində etiraz aksiyaları təşkil etmək cəhdləri iflasa uğradığı üçün hazırda bəzi qüvvələr daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək üçün müxtəlif dezinformasiyalar yayırlar".
Hakimiyyətdəki mənbənin APA-ya verdiyi məlumata görə, şəxsi məsələləri ilə bağlı müxtəlif dövlət orqanlarının bölgələrdəki bölmələrinə gedən, yaxud yerli icra nümayəndəliklərində hesabat iclaslarında iştirak edən vətəndaşların toplu halında şəkillərinin etiraz aksiyası adı altında təqdim olunması ilə bağlı araşdırmalar başlayıb: "Bəzi hallarda isə köhnə şəkillər guya hazırda keçirilən etiraz aksiyaları kimi qələmə verilir".
Mənbə bildirib ki, kütləvi informasiya vasitələri və vətəndaşlar bu tipli şayiələrə uymamalıdır: "Həmçinin təxribatçı fəaliyyət jurnalist etikasına tamamilə zidd olmaqla yanaşı, həm də hüquqi məsuliyyət doğurur. Belə yalan və təxribat xarakterli məlumatlar yayanlara qarşı qanuna uyğun şəkildə ölçü götürüləcək”.

Xatırladaq ki, bu gün Azərbaycanın sosial şəbəkələrdə və bəzi saytlarda Astara və Cəlilabad rayonlarında etiraz aksiyalarının keçirilməsi barədə xəbərlər yayılıb. Həmin rayonların icra hakimiyyətlərindən isə APA-ya bildirilib ki, vətəndaşlar tamamilə başqa səbəblərlə bir yerə toplaşıblar. 

Cia.az 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.