Müğənni Adel növbəti rekordu təzələyib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı ifaçının “Hello” mahnısına çəkilmiş klipi “YouTube”un “Vevo” kanalında 1 milyarddan çox izlənilib. Kanalın rəsmilərinin açıqlamasına görə, Adel dünya musiqi sənayesində bu nəticəyə ən tez nail olan ilk müğənnidir. Daha əvvəlki rekordçular Uiz Khalifa və Charlie Puthun “See You Again” klipi olub.
Qeyd edək ki, Adelin “Hello” mahnısı “25” albomuna daxildir. Bu albom 7 həftə “Billboard 200” çartında liderlik edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.