banner
banner

Dünya

Səudiyyə Ərəbistanı ittihamları rədd edib

Səudiyyə Ərəbistanı ittihamları rədd edib
Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cübeyr ölkəsinin neftin qiyməti ilə manipulyasiya etməsinə dair ittihamları rədd edib. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Adil əl Cübeyr neftin qiymətinin bazar tərəfindən müəyyən edildiyini vurğulayaraq, qiymətin aşağı düşməsini bir sıra ölkədə hasilat həcmlərinin həddindən artıq artırılması və tələbatın azaldılması ilə əlaqələndirib.    
 
“Bazar ilə daim manipulyasiya etmək olmaz. Bazar amillərinin işlənməsinə imkan yaradılmalıdır.  Bazarı manipulyasiya etməyə cəhd edənlərə bu gec-tez  çox baha başa gəlir”, deyə nazir qeyd edib.    
 
Qeyd edək ki, OPEK-in neft “səbəti”nin qiyməti (OPEC Reference Basket of crudes) yanvarın 18-də  1,16 dollar aşağı düşərək 2003-cü il  aprelin 28-də qeydə alınan səviyyədə - 23,56 dollar səviyyəsində müəyyənləşib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.