banner
banner

Sağlamlıq

Bitki çaylarının xeyiri...

Bitki çaylarının xeyiri...
Bitki çayları orqanizmə müsbət təsir edir. 
Bu çayların xeyirləri həddindən çoxdur.
Kəklikotu  - öskürək, bronxit və mədə narahatlıqları ilə diş ətləri iltihablarında və ishala qarşı istifadə edilir. Mədə və bağırsaq narahatlıqlarına qarşı da faydalıdır. Kəklikotu çayından gündə bir stəkandan çox içilməməlidir. Boğaz və diş ətləri iltihablarında isə gündə 1-2 dəfə qarqara edilməsi tövsiyə edilir.
 
Nanə - mədə və bağırsaq qazlarını, ishal, daxili bulanma və ürək çırpıntılarını qabaqlayıcı təsiri vardır.  Ancaq mədə narahatlıqları olanlar bu çayı diqqətlə istifadə etməlidir.
Çobanyastığı -  hər cür keyiməyə və xüsusilə mədə, bağırsaq qazlarına qarşı ən yaxşı vasitələrdəndir. Boğaz və burun narahatlıqları ilə müxtəlif iltihablanmalarda da istifadə edilə bilər.
 
Cökə çiçəyi - Çayı soyuqdəyməyə və öskürəyə qarşı çox faydalıdır. Tərlətmə xüsusiyyətinə malikdir.
 
Oğulotu -  xüsusilə əsəbi narahatlıqlar üçün mükəmməl bir şəfa qaynağıdır. Yarpaqlarından edilən çay ruh və sinir xəstəliklərinə, yuxusuzluğa, melanxoliya və isterika böhranlarına, narahatlıq və çətinliklərə, başağrısı və miqrenə qarşı gözəl vasitədir. Ayrıca həzm rahatsızlıqlarında və mədə keyiməsinə, bağırsaq qazlarının çölə atılmasında çox faydalıdır. Oğulotu çayı ürəyi qüvvətləndirir, başağrısını, qulaq cingildəməsini, qadınlarda aybaşı ağrılarını və yaddaş zəifliyini aradan qaldırar.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.