banner
banner

Şou

Tanınmış aparıcı xərçəngə tutuldu

Tanınmış aparıcı xərçəngə tutuldu
“TRT Haber”də yayımlanan “Sokak lezzetleri” proqramının aparıcısı Seval Akbaba xərçəngə tutulub. 
Verilişin prodüseri və rejissoru Tunahan İlbars bu barədə mediaya yazılı açıqlamasında bildirib: 
“Canım dostum və gözəl aparıcı Seval Akbaba, təəssüf ki, xərçənglə mübarizə aparırır. Vəziyyəti çox pisdir. Hər cür dəstəyə ehtiyacı var. Kömək etmək istəyənlər verilişin sosial şəbəkə hesablarından Sevalla əlaqə saxlaya bilərlər. Hazırda şüuru yerindədir və mesajları oxuya bilir”. 

Seval Akbaba təxminən 5 həftə əvvəl İnstaqram hesabından səhhəti ilə bağlı bunları yazmışdı: 

“Çox çətin keçən 3 həftə. Buna da şükür edirəm. Allah betərindən qorusun. Bütün telefon zəngləri, mesajlarınız, məktublarınız, hər gün etdiyiniz dualarınız… - yorğunluğumun üzərinə enerji verir mənə. O qədər şox söz demək istəyirəm ki…Mənə görə narahat olduğunuzu bilirəm, amma əlimə telefonu alıb nəsə yazmağa halım yoxdur. Bu həftə 3-cü kimyəvi terapiya alacağam. Yenə özümdə olmayacağam. Milyonlarla insanların dualarını hiss edirən. Varlığınız mənə güc verir. Yanımda olduğunuz üçün hamınıza təşəkkür edirəm”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.