banner
banner

Şou

52 yaşlı Sertab Erener ana olacaq

52 yaşlı Sertab Erener ana olacaq
Musiqiçi Demir Demirkanla 18 illik birgə yaşayandan sonra ayrılan müğənni Sertab Erener ana olacaq.
Digər musiqiçi Emre Kula ilə evlənən Erener övladlığa uşaq götürməyə hazırlaşır. Daha əvvəl də bunun üçün müraciət edən ifaçı məqsədinə çata bilməmişdi. İndi isə evli olduğu üçün sənədləşdirmə işlərinin daha sürətlə edilə biləcəyini öyrənən 52 yaşlı Sertab kimsəsiz bir türk uşağına analıq etmək istəyir.

S.Erener bir müddət əvvəl övladlığa götürmək mövzusunda belə danışmışdı:

"30-35 yaşlarında hormonal olaraq "mən də dünyaya uşaq gətirim" istəyi çox olur. Amma 35-dən sonra içindəki bu səs getdikcə yox olmağa başlayır. Bütün uşaqlar bizimdir, mütləq də özümüz dünyaya gətirmək məcburiyyətində deyilik".
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.