Müğənni İrem Derici və radio aparıcısı Rza Eserdemirin boşanma xəbəri şou gündəminin əsas mövzularlndan birinə çevrilib. İnstaqram səhifələrində birgə olan bütün fotolarını silən cütlük bir-birlərini izləməni də dayandırıblar. 2014-cü ildə ailə quran İrem və Rzanın münasibətlərində 6 aydır ciddi problem yaşandığı deyilir. Aİləyə yaxın adamlardan biri isə bu haqda belə açıqlama verib: "Boşanma yoxdur, amma eyni evdə oturub bir-birləri ilə heç danışmırlar".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.