“ATV”də xüsusi avtomobil dayanacaqlarından əldə edilən gəlirin hara daxil olması barədə süjet yayımlanıb.
Gəlirlər dövlət büdcəsinə ödənilməli olduğu halda, heç bir sahibkar buna əməl etmir. Yaxın zamanlarda isə Vergilər Nazirliyi bununla bağlı yoxlamalara start verəcək. Nəqliyyat üzrə mütəxəsssi Mənsur Cəlilov qeyd edib ki, sahibkar qanuna əsasən pulu yerli bələdiyyənin büdcəsinə ödəməlidir: “Rayon ərazisində fəaliyyət göstərən dayanacaqlardan 1500-2000 manata qədər pul yığırıq. Halbuki bütün dayanacaqlar vaxtlı-vaxtında ödənişi etsələr, ay ərzində 15 minə qədər pul yığa bilərik”.
Qeyd edək ki, xüsusi dayanacaqlardan bir avtomobil üçün bələdiyyə büdcəsinə daxil olan vəsait 10-11 qəpik təşkil etsə də, bu vəsaitdən büdcəyə bir qəpik də çatmır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.